Türkiyəli FİFA referisi koronavirusa yoluxdu

Türkiyəli FİFA referisi Halis Özkahya koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Koronavirus testi müsbət çıxan hakim karantinə alınıb.

Qeyd edək ki, Super Liqanın 8-ci turunun “Fənərbaxça” – “Konyaspor” görüşü  Halis Özkahyaya həvalə olunmuşdu.