Türkiyəli futbol ulduzu koronavirusa yoluxdu

İstanbulun "Beşiktaş" komandasının baş məşqçisi Sergen Yalçın koronavirusa yoluxub. 

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb. Karantinə alınan 48 yaşlı mütəxəssisin müalicəsinə başlanılıb. 

Qeyd edək ki, "Beşiktaş" Türkiyə Super Liqasının I turunda səfərdə "Trabzonspor"un qonağı olacaq.

Sentyabrın 13-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.