Türkiyəli futbolçu karyerasını başa vurub

"Beşiktaş"ın və Türkiyə millisinin sabiq oyunçusu Oğuzhan Özyakup peşakar karyerasını başa vurub.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, son olaraq "Fortuna Sittard" forması geyinən yarımmüdafiəçi 31 yaşında futbolla vidalaşıb.

Oğuzhan Özyakup "Beşiktaş"la birgə 3 dəfə Türkiyə Super Liqasının qalibi olub.(2015-2016, 2016-2017, 2020-2021). O, 43 dəfə Türkiyə milli komandasının formasını geyinib.

Qeyd edək ki, Oğuzhan "Beşiktaş" ilə yanaşı "Feynoord" və "Arsenal"ın U-21 komandasında çıxış edib.