Türkiyəli futbolçu “Yuventus”u “Mançester Yunayted”ə dəyişə bilər
"Yuventus"un türkiyəli futbolçusu Kenan Yıldız karyerasını "Dumanlı Albion"da davam etdirə bilər.
Sportline.az "Sky Sports" kanalına istinadən xəbər verir ki, "Qırmızı Şeytanlar"ın çalışdırıcısı Ruben Amorim rəhbərliyə Kenanın transferini tələb edib.
19 yaşlı Yıldız ilə PSJ və "Liverpul" da maraqlanır.
Qeyd edək ki, "Yuventus"un 10 nömrəli futbolçusu bu mövsüm 19 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə 7 qolun vurulmasında birbaşa iştirak edib.