Türkiyəli futbolçuya görə 30 milyon avro tələb edilib

“Qalatasaray”ın rəhbərliyi Barış Alper Yılmazın transfer qiymətini açıqlayıb.

Sportline.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, İstanbul nəhəngi Barış üçün 30 milyon avro tələb edib.

“Qalatasaray” Barışı bu məbləğdən aşağı qiymətə satmayacaq.

Qeyd edək ki, 24 yaşlı futbolçunun İstanbul klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.