Türkiyəli qapıçı "Real Madrid"ə transfer ola bilər

"Trabzonspor"un qapıçısı Onuralp Çevikkan "Real Madrid"in transfer hədəfinə çevrilib.

Sportline.az "Diario As" qəzetinə istinadən xəbər verir ki, Madrid klubu bu keçid üçün qarşı tərəfə 5 milyon avro ödəməyə hazırdır.

19 yaşlı kiperin "Trabzonspor"la müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.