Türkiyəli ulduz futbolçunun evi qarət olundu
Yeni il şənliyinə görə ailəsi ilə birgə Türkiyəyə qayıdan Merih Demiral xoşagəlməz hadisə ilə üzləşib.
Sportline.az "Calciomercatoit"ə istinadən xəbər verir ki, "Atalanta"lı oyunçunun İtaliyadaki evi qarət olunub. Onun bütün qiymətli əşyaları oğurlanıb. Hadisə ilə bağlı polis araşdırmaya başlayıb. Hələlik futbolçu İtaliyaya dönməyib.
Bildirilir ki, oğrular Merihi əvvəldən izləyiblər. Onun İtaliyadan getdiyini bildikdən sonra isə evə giriblər. Qapı və pəncərələri sındıran oğrular Merihin həyat yoldaşının qızıllarını, xeyli pulunu və əşyalarını aparıblar.