Türkiyənin naziri hamıya Ramil Quliyev kimi olmağı tövsiyə etdi
Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu "Twitter"də sosial məsafənin qorunması ilə bağlı paylaşım edib.
Sportline.az xəbər verir ki, nazir bu məqsədlə Türkiyə millisinin 200 metr məsafəyə qaçış üzrə Avropa və dünya çempionu, əslən azərbaycanlı atlet Ramil Quliyevin videosunu paylaşıb.
Kasapoğlu 30 yaşlı idmançının Avropa çempionluğunu qazandığı yarışı paylaşıb və "Sosial məsafəni Ramil kimi qoruyaq" yazıb.
Qeyd edək ki, Ramil Quliyev Böyük Britaniyanın paytaxtı Londonda dünya çempionluğunu 2017-ci ildə qazanıb. 2018-ci ildə isə o, Almaniyanın paytaxtı Berlində Avropa çempionu olub.