Tyaqu Mottadan istefa mövzusuna maraqlı yanaşma
"Yuventus" son oyunlarda fanatlarını məyus etməkdədir.
Sportline.az xəbər verir ki, komandanın inamsız çıxışı baş məşqçi Tyaqu Mottanın istefasını gündəmə gətirib.
A Seriyasının 29-cu turunda "Fiorentina"ya 0-3 hesablı məğlubiyyətdən sonra istefa ilə bağlı suallarla üzləşən mütəxəssis maraqlı cavabla diqqəti cəlb edib.
"Getmək çox sadə qərar olardı. Mən isə sadə qərarları sevmirəm. Bizə qələbə qazanıb ilk dördlükdə qərarlaşmaq lazımdır. Oyun planında bir qədər artırmaq tələb olunur", - deyə Motta jurnalistlərin sualını cavablandırıb.