Üç güləşçimiz "Qran Pri"də iştirak edəcək

Azərbaycanın 3 yunan-Roma güləşçisi fevralın 23-də Macarıstanın Dyor şəhərində start götürəcək "Qran Pri" turnirində iştirak edəcək.

SportLine.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 2 gün davam edəcək yarışda baş məşqçi Şaban Donatın rəhbərliyi altında Murad Məmmədov (60 kq), İslam Abbasov (87 kq) və Sabah Şəriəti (130 kq) mübarizə aparacaq.

Qeyd edək ki, "Qran Pri" 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına reytinq xarakteri daşıyır.