Ferran Torres Parisə köçür
"Barselona"nın futbolçusu Ferran Torres karyerasını PSJ-də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda insayder David Ornşteyn məlumat yayıb.
26 oyunçu transfer qiyməti 55 milyon avrodur.
Qeyd edək ki, F.Torresin Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.