PSJ UEFA Superkubokunu da qazandı
Bu gün UEFA Superkuboku uğrunda oyun keçirilib.
Sportline.az xəbər verir ki, həlledici matçda Çempionlar Liqasının sonuncu qalibi PSJ (Fransa) ilə Avroliqanın çempionu “Aston Villa” (İngiltərə) qarşılaşıb.
Avstriyada, Zalsburq şəhər stadionunda keçirilən oyun Paris klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
12 avqust
UEFA Superkuboku
PSJ (Fransa) - "Ason Villa" (İngiltərə) - 2:1
Qollar: Kvaratsxeliya, 20 (1:0), Madjo, 45 (1:1), Due, 61 (2:1)
Baş hakim: Ömər Əbdülqadir Artan (Somali)