UEFA AFFA-ya nə qədər vəsait ayıracaq?
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 2016-cı il mayın 5-dən 21-dək Bakıda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının maliyyə məsələləri ilə bağlı açıqlama verib.
Qurumun rəsmi saytında yayılan məlumata görə komandaların, hakimlərin, UEFA nümayəndələrinin və digər rəsmi şəxslərin Bakı şəhərində müvafiq oteldə yerləşdirilməsi və yemək xərcləri UEFA tərəfindən ödəniləcək. Ümumi təşkilati işlərin görülməsi üçün isə AFFA-nın Yerli Təşkilat Komitəsinə UEFA tərəfindən 1.000.000 avroya qədər pul vəsaiti ayrılacaq.