UEFA Avropa Liqası: “Fənərbağça” qalib gəlib, “Beşiktaş” məğlub olub
UEFA Avropa Liqasının Liqa mərhələsində V turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, maraqlı görüşlərdən biri İngiltərədə “Tottenhem” və “Roma” arasında baş tutub. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
“Mançester Yunayted” də evdə oynayıb. Ruben Amorimin komandası Norveçin “Budyo Qlimt” klubu ilə üz-üzə gəlib. Matç ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Türkiyə klublarından “Qalatasaray” səfərdə AZ-la (Niderland) qarşılaşıb. Oyunda qalib müəyyən olunmayıb - 1:1
Türkiyənin digər klubu “Fənərbağça” səfərdə “Slaviya”nı (Çexiya) məğlub edib - 2:1. “Beşiktaş” isə “Makkabi”yə (Təl-Əviv, İsrail) məğlub olub – 1:3.
“Qarabağ”ın Liqa mərhələsindəki digər rəqibləri FKSB (Rumıniya) və “Olimpiakos” (Yunanıstan) isə Rumıniyada üz-üzə gəlib. Qarşılaşma qolsuz yekunlaşıb.
UEFA Avropa Liqası
Liqa mərhələsi
V tur
28 noyabr
21:45. “Latsio” (İtaliya) - “Ludoqorets” (Bolqarıstan) 0:0
21:45. AZ (Niderland) - “Qalatasaray” (Türkiyə) 1:1
21:45. “Qarabağ” (Azərbaycan) - “Lion” (Fransa) 1:4
21:45. “Dinamo” (Kiyev, Ukrayna) - “Viktoriya” (Çexiya) 1:2
21:45. “Atletik” (İspaniya) - “Elfsborq” (İsveç) 3:0
21:45. “Anderlext” (Belçika) - “Portu” (Portuqaliya) 2:2
21:45. “Beşiktaş” (Türkiyə) - “Makkabi” (Təl-Əviv, İsrail) 1:3
21:45. RFS (Latviya) - PAOK (Yunanıstan) 0:2
00:00. “Mançester Yunayted” (İngiltərə) - “Budyo Qlimt” (Norveç) 3:2
00:00. “Tottenhem” (İngiltərə) - “Roma” (İtaliya) 2:2
00:00. “Slaviya” (Çexiya) - “Fənərbağça” (Türkiyə) 1:2
00:00. “Real Sosyedad” (İspaniya) - “Ayaks” (Niderland) 2:0
00:00. “Braqa” (Portuqaliya) - “Hoffenhaym” (Almaniya) 3:0
00:00. “Ferentsvaroş” (Macarıstan) - “Malmö” (İsveç) 4:1
00:00. "Midtyullann" (Danimarka) - “Ayntraxt” (Almaniya) 1:2
00:00. “Nitsa” (Fransa) - “Reyncers” (Şotlandiya) 1:4
00:00. “Tvente” (Niderland”) - “Yunion” (Belçika) 0:1
00:00. FKSB (Rumıniya) - “Olimpiakos” (Yunanıstan) 0:0
Qeyd edək ki, Liqa mərhələsində VI tura dekabrın 11-də start veriləcək.