UEFA Avropa Liqası: "Qarabağ" "Lion"a uduzdu
"Qarabağ" bu gün UEFA Avropa Liqasında Fransanın "Lion" klubunu qəbul edəcək.
Sportline.az xəbər verir ki, Liqa mərhələsinin V turunun oyunu saat 21:45-də başlanacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın baş hakimi serbiyalı Nenad Minakoviç olacaq.
Azərbaycan çempionu 4 turdan sonra 3 xalla 29-cu, qonaqlar isə 7 xalla 9-cu pillədə qərarlaşıb.
UEFA Avropa Liqası
Liqa mərhələsi
V tur
28 noyabr
21:45. "Qarabağ" - "Lion" (Fransa) 1-4
Qollar: Lukas Perri, 90+2 (avtoqol) - Mikautadze, 15, 80, Tolisso, 63, Fofana, 68
Baş hakim: Nenad Minakoviç (Serbiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, "köhlən atlar" daha əvvəl İngiltərədə "Tottenhem"ə (0:3), evdə İsveç təmsilçisi "Malmö"yə (1:2) və Niderlandın "Ayaks" komandasına (0:3) uduzub. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv IV turda Norveçdə "Budyo Qlimt"i məğlub edib - 2:1. "Lion" isə doğma meydanda Yunanıstanın "Olimpiakos" (2:0), səfərdə Şotlandiyanın "Reyncers" (4:1) klublarına qalib gəlib. Daha sonra evdə Türkiyənin "Beşiktaş" komandasına uduzan (0:1) fransızlar Almaniyada "Hoffenhaym"la bərabərə (2:2) qalıb.