UEFA Avropa Liqası: "Seltik" "Ştutqart"ı qəbul edəcək

UEFA Avropa Liqasında pley-off mərhələsinə start verilir.

Sportline.az xəbər verir ki, "Seltik" bu mərhələdə doğma meydanda "Ştutqart"ı qəbul edəcək.

Şotlandiya klubunda Adam Montqomeri, Alistar Conston, Arne Engels, Kallum Osmand, Kameron Karter-Vikers və Jota baş məşqçi Martin Oneilin sərəncamında olmayacaq.

Almaniya təmsilçisində isə Luka Yakez, Dan-Aksel Zaqadu, Lazar Yovanoviç, Nikolas Narti və Castin Diel zədədən əziyyət çəkir

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə gecə saat 12-də səslənəcək qarşılaşmanı belçikalı hakim Erik Lambrex idarə edəcək.