UEFA Çempionlar Liqasında daha dörd komanda 1/8 finala yüksəlib

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmaları keçirilib.

Sportline.az xəbər verir ki, “Milan” evdə “Feyenoord”u qəbul edib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

“Brügge” səfərdə “Atalanta”nı 3:1 hesabı ilə yenib. “Seltik” isə “Bavariya”nın qonağı olub. Matçda qalib müəyyənləşməyib – 1:1. "Benfika" - "Monako" görüşündə də heç-heçə qeydə alınıb.

Beləliklə, 1/8 finala yüksələn daha 4 komandanın adına aydınlqı gəlib.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

18 fevral

21:45. “Milan” (İtaliya) - “Feyenoord” (Niderland) 1:1

İlk oyun - 0:1

00:00. “Atalanta” (İtaliya) - “Brügge” (Belçika) 1:3

İlk oyun - 1:2

00:00. “Bavariya” (Almaniya) - “Seltik” (Şotlandiya) 1:1

İlk oyun - 2:1

00:00. “Benfika” (Portuqaliya) - “Monako” (Fransa) 3:3

İlk oyun - 1:0

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin digər 4 oyunu bu gün keçiriləcək.