UEFA daha iki komandanı avrokuboklardan kənarlaşdırdı
UEFA daha iki komandanı cəzalandırıb. SportLine.az xəbər verir ki, Ukraynanın "Dnepr" və Rumıniyanın "Tarqu Mureş" klubları qarşıdakı 3 mövsümdən (2016/17, 2017/18, 2018/19) birində Avrokuboka vəsiqə qazanarsa, iştirakdan məhrum olacaq. Ali qurum klubları maaliyyə feyr-pley qaydalarını pozduğu üçün bu qərarı qəbul edib.
Xatırladaq ki, UEFA Bakının "İnter" klubunu da bu səbəblə avrokuboklardan kənarlaşdırıb.