UEFA-dan millimizə cəza

UEFA futzal üzrə Azərbaycan millisini cəzalandırıb.

Sportline.az xəbər verir ki, buna yığmanın 4 üzvünün Niderlandda keçirilən Avropa çempionatında Gürcüstan 2:3 hesabı ilə uduzduqları oyunda sarı vərəqə görməsi səbəb olub. Komandanın heyətində Fineo De Araujo, Rizvan Fərzəliyev, Felipinyo və Tyaqo Bolinya xəbərdarlıq alıblar.

Nəticədə Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 2 400 avro cərimələnib.

Bundan başqa, qadınlardan ibarət Azərbaycan yığmasına, Bakıda Monteneqroya 1:0 hesabı ilə qalib gəldiyi DÇ-2023-ün seçmə mərhələ oyununda 6 futbolçusunun sarı vərəqə alması səbəbindən xəbərdarlıq edilib.