UEFA İngiltərə Futbol Assosiasiyasını cəzalandıracaq
UEFA İngiltərə Futbol Assosiasiyasını cəzalandıracaq.
Sportline.az xəbər verir ki, bu haqda "Daily Mail" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, buna ingiltərəli azarkeşlərin baş məşqçi Qaret Sautqeytə pivə stakanları atması səbəb olub.
Sloveniya ilə oyundan (0-0) sonra tribunalara yaxınlaşaraq azarkeşlərə təşəkkür etmək istəyən mütəxəssis bu halla üzləşib.
Qeyd edək ki, 5 xalla qrup lideri kimi qrupdan çıxmasına rəğmən İngiltərə millisinin qeyr-məhsuldar oyunu azarkeşlərin ürəyincə deyil.
Onlar məhz bu səbəbdən Sautqeyti "pivəyə qonaq ediblər".