UEFA-nın sabiq prezidenti həbs olundu

UEFA-nın sabiq prezidenti Mişel Platini həbs olunub.

Sportline.az "The Sun"-a istinadən xəbər verir ki, o, 2022-ci il dünya çempionatı üçün tender prosesində rüşvət almaqda ittiham olunur. Platini, Parisin Nanterre bölgəsindəki anti-korrupsiya şöbəsində saxlanılır.

Onun Qətərdə keçiriləcək mundialın yerinin müəyyənləşdirilməsi ilə bağlı səsvermədə saxtakarlığa yol verdiyi iddia olunur.

Qeyd edək ki, Platini 2007-2015-ci illərdə UEFA-nın prezidenti olub.