UEFA-nın sabiq prezidenti vəfat etdi

UEFA-nın sabiq prezidenti Lennart Yohansson dünyasını dəyişib.

Sportline.az xəbər verir ki, uzun müddət xəstəlikdən əziyyət çəkən Lennart 89 yaşında dünyasını dəyişib.

O, 1990-2007-ci illər aralığında UEFA-nın prezidenti olub. Yohansson 2007-ci ildə keçirilmiş seçkidə Mişel Platiniyə uduzub.

İsveçli funksioner həmçinin, ölkəsinin AİK klubunun prezidenti olub.