UEFA “Real Madrid”i cəzalandırıb
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Etika, Nəzarət və İntizam Komitəsi Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə uğrunda Portuqaliyanın “Benfika” klubu ilə keçirilən cavab oyunundan sonra azarkeşlərin yolverilməz davranışına görə İspaniyanın “Real” klubunu cərimələmək qərarına gəlib.
Sportline.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Komitənin bəyanatında bildirilir ki, cərimənin məbləği 15 min avro təşkil edəcək. Qeyd olunur ki, oyun zamanı azarkeşlər tərəfindən “irqçi və/və ya diskriminasiya xarakterli davranış” halları qeydə alınıb.