UEFA Superkubokunun oyunu İstanbulda keçiriləcək
UEFA-nın Cenevrədə keçirilən Konqresində 2019-cu il Superkubok oyununun təşkil olunacağı yer müəyyənləşib. SportLine.az xəbər verir ki, qərara əsasən, mötəbər qarşılaşma İstanbul şəhərinə həvalə olunub.
"Beşiktaş"ın "Vodafone" Arenası 2019-cu ildə Superkubok matçını qəbul edəcək.