UFC-nin dəyəri açıqlandı

Mütləq Döyüş Çempionatının (UFC) xərcləri və dəyəri açıqlanıb.

Sportline.az xəbər verir ki, bu barədə UFC-nin prezidenti Dana Uayt TSN telekanalına açıqlamasında bildirib.

Uayt yarışın xərclərinin və dəyərinin, təxminən, 9-10 milyard olduğunu söyləyib: "Bu il pandemiyaya baxmayaraq bütün istiqamətlərdə ciddi artım olub. Yutub kanalımızda abunə sayı 10 milyonu keçib. Demək olar ki, bütün rekordları qırmışıq".

Qeyd edək ki, Dana Uayt 2001-ci ildən UFC-nin prezidentidir.