Ulduz futbolçu "Bavariya"ya qayıdır?

"Lill"in futbolçusu Renatu Sanşeş yenidən Bundesliqada çıxış edə bilər.

Sportline.az Almaniya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi ilə sabiq klubu "Bavariya" maraqlanır.

Münhen təmsilçisi 23 yaşlı futbolçunu 30 milyon avroya geri almaq hüququna malikdir. Klub bu imkandan istifadə etmək istəyir. 

Qeyd edək ki, Portuqaliya millisinin üzvü 2016-2019-cu illərdə "Bavariya"da çıxış edib.