Ulduz futbolçu əməliyyat olundu

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç  sol dizindən əməliyyat olunub.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 39 yaşlı hücumçunun bərpa müddəti açıqlanmayıb. "Sky Sport Italia"  yazıb ki, isveçli oyunçunun avqustun ortalarında meydana qayıtması gözlənilir.

Xatırladaq ki, Zlatan zədə səbəbindən Avro-2020-ni buraxıb.