Ulduz futbolçu əməliyyat olundu

Portuqaliya yığmasının və “Atletiko”nun futbolçusu Joao Feliks əməliyyat olunub.

Sportline.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. Futbolçunun sağ ayağından əməliyyat keçirdiyi və ən az 2 ay bərpa dövrü keçəcəyi açıqlanıb. 21 yaşlı yarımmüdafiəçinin yaşıl meydanlara dəqiq dönüş tarixi bəlli deyil.

Qeyd edək ki, Feliks 2019-cu ildən “Atletiko”nun uğurları üçün çalışır.  O, daha öncə Portuqaliyada “Benfika”nın formasını geyinib.