Ulduz futbolçu "Real"dan ayrılır

"Real"ın mərkəz müdafiəçisi Naço Fernandes Madridi tərk etməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, 34 yaşlı futbolçu mövsümün sonunda klubla vidalaşmaq qərarına gəlib.

Bu haqda İspaniyanın "Marca" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Naço bu haqda klub rəhbərliyini məlumatlandırıb.

Qeyd edək ki, "Real"ın yetirməsi olan Naço komandanın heyətində 355 oyun keçirib.

Bu qarşılaşmalarda o, 16 qol və 9 asistlə yadda qalıb.