Ulduz futbolçu "Trabzonspor"a keçdi

Türkiyənin "Trabzonspor" klubu heyətini 2 futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, "bordo-mavilər" kot-d-ivurarlı hücumçu Jervinyo ilə 2, braziliyalı müdafiəçi Bruno Peres ilə isə 3 illik razılığa gəlib.

Hər iki futbolçu tibbi müayinədən keçdikdən sonra Qara dəniz klubuna azad agent statusu ilə qoşulacaqlar.

Qeyd edək ki, Jervinyo son olaraq "Parma", Peres isə "Roma"da çıxış edib.

Banner