Ulduz futbolçu xəstəliyə qalib gəldi

Koronavirusa yoluxan Belçika millisinin sabiq futbolçusu Maruan Fellaini sağalıb.

Sportline.az xəbər verir ki, Çinin “Şandun Lunen” klubunda çıxış edən 32 yaşlı yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə hesabından paylaşım edib:

“Karantin dövrünü tamamlayıb, xəstəxanadan ayrıldığım üçün xoşbəxtəm. Mənimlə maraqlanan həkimlərə və dəstək olan klubuma minnətdaram. Komandama geri dönmək gözəldir” - deyə o bildirib.

Qeyd edək ki, Fellaini Çində koronavirusa yoluxan ilk futbolçu olmuşdu.