Ulduz futbolçunun avtomobili oğurlandı

"Tottenhem” klubunun hücumçusu Harri Keynin avtomobili oğurlanıb.

Sportline.az xəbər verir ki, ingilis futbolçunun 100 min funt-sterlinq dəyərində olan “Range Rover” markalı avtomobili Londonda oğurlanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şübhəlilərin kimliyi hələ müəyyən olunmayıb.