Ulduz futbolçuya 5 illik müqavilə

"Yuventus" hücumçusu Paulo Dibalanın müqaviləsini uzatmağa hazırlaşır.

Sportline.az "Football Italia"ya istinadla xəbər verir ki, Turin klubun agentinalı oyunçu ilə 5 illik saziş bağlayacaq. Dibalanın illik maaşı 10 milyon avro olacaq.

Onun indiki qazancı ildə 7,5 milyon avrodur.

"Yuventus" 26 yaşlı futbolçunu 2015-ci ildə "Palermo"dan 40 milyon avroya transfer edib. Dibala bu mövsüm 34 oyunda 13 qol vurub, 12 assist edib.