Ulduz futbolçuya ağır ittiham

“Atletiko”nun futbolçusu Kiran Trippyer ilə bağlı araşdırmalara başlanılıb.

Sportline.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Federasiyası məlumat yayıb. 29 yaşlı müdafiəçi mərc oyunlarında günahlandırılıb.

İngiltərə millisinin üzvünün 2019-cu ildə “Tottenhem”dən “Atletiko”ya transfer olacağına dair öncədən pul qoyuluşu edib.

Lakin Trippyer iddiaları rədd edib. Ona mayın 18-dək günahsız olduğunu sübut etmək üçün vaxt verilib.