Ulduz futbolçuya bəd xəbər

İtaliya A seriyasının 17-ci turunda "Sassuolo" ilə  matçda (3:1) zədələnən "Yuventus"un futbolçusu Paulo Dibalanın son durumu müəyyənləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun sol diz bağında zədə aşkarlanıb. Argentinalı oyunçunun bərpa müddətinin təxminən 15-20 gün çəkəcəyi bildirilib.

Beləliklə, Dibala ölkə çempionatında "Milan" və İtaliya Superkubokunun finalında "Napoli" ilə görüşləri buraxacaq.