Ümit Karan haqqında həbs qərarı verildi

Türkiyənin keçmiş məşhur futbolçusu Ümit Karan barəsində həbs qətimkan tədbiri seçilib.

Sportline.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Bildirilib ki, iki gün öncə Səbiha Gökçən hava limanında saxlanılan Ümit Karan barəsində məhkəmə həbs qətiimkan tədbiri seçib.

Qeyd edək ki, keçmiş futbolçu polis tərəfindən narkomaniyaya qarşı aparılan genişmiqyaslı əməliyyat çərçivəsində istintaqa cəlb olunub.