Unay Emeri bu oyunçunun klubda qalmasını istəyir
Unay Emeri argentinalı futbolçu Emiliano Buendianın klubda qalmasını istəyir.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Aston Villa"nın rəhbərliyi ispaniyalı mütəxəsisin tələbinə müsbət cavab verib.
Birmingem klubu Buendiyaya yeni sözləşmə təklif etməyi düşünür.
Qeyd edək ki, 28 yaşlı hücumameyilli yarımmüdafiəçinin klubla hazırki müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
O, cari mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 21 matçda 5 qol, 3 asistlə yadda qalıb.