Upamekano karyerasını "Dumanlı Albion"da davam etdirə bilər

"Mançester Yunayted" yanvar ayında heyətini gücləndirməyi planlaşdırır.

Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, "Bavariya"nın almaniyalı mərkəz müdafiəçisi Dayo Upamekano "Mançester Yunayted"in transfer hədəfindədir.

26 yaşlı stopperin dəyəri 50 milyon avrodur. O, cari mövsüm meydana çıxdığı 14 matçda 1 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Upamekanonun Münhen klubu ilə sözləşməsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.