Upamekano “Real Madrid” yolunda

Dayot Upamekano “Real Madrid” tərəfindən bazarda böyük fürsət kimi qiymətləndirilir.

Sportline.az xəbər verir ki, klub artıq onun nümayəndələri ilə əlaqə saxlayaraq marağını ifadə edib və əgər futbolçu müqaviləsini uzatmasa, 2026-cı ildə transfer üçün hərəkətə keçə bilər. 

Bu haqda nüfüzlu ESPN nəşri məlumat yayıb.

Qeyd edək ki, Upamekano Münhen təmsilçisi ilə yeni müqavilə imzalamaq niyyətində deyil.