“Valensiya”nı “Mançester Yunayted”ə dəyişə bilər
"Mançester Yunayted" "Valensiya"nın futbolçusu Xavi Querranı transfer etmək istəyir.
Sportline.az xəbər verir ki, 22 yaşlı oyunçunun sərbəst qalma məbləği 30 milyon avrodur.
Bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.
Qeyd edək ki, X.Querra ilə "Arsenal"da ciddi şəkildə maraqlanır.
O, bu mövsüm çıxış etdiyi 13 oyunda 2 asistlə yadda qalıb.