"Valensiya"nın yeni baş məşqçisi təqdim olundu

"Valensiya" yeni baş məşqçisini ictimaiyyətə təqdim edib. SportLine.az xəbər verir ki, bundan sonra "yarasalar"a Marselinyo Qarsiya Toral rəhbərlik edəcək.

Klubun rəsmi saytına açıqlamasında yeni iş yerindən məmnun qaldığını deyən mütəxəssis, azarkeşləri sevindirəcəklərinə inandığını bildirib.

Qeyd edək ki, “Valensiya” ilə 2 illik müqavilə imzalayan Marselinyo Qarsiya Toral son olaraq “Vilyareal”da çalışıb.