Valverde Neymardan danışdı

"Barselona"nın baş məşqçisi - Ernesto Valverde Neymarın PSJ-yə keçidindən danışıb. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, mütəxəssis braziliyalı futbolçuya uğurlar arzulayıb. 

"Onun komandada qalmağı üçün əlimizdən gələni etdik", - deyən E.Valverde, "Hamı öz qərarını verməkdə sərbəstdir. Belə olmağını Neymar istədi. Ona uğurlar arzulamaqdan başqa, əlimizdən bir şey gəlmir", - deyə bildirib.

Xatırladaq ki, Neymar 222 milyon avro müqabilində PSJ-yə keçib. "Sambaçı" növbəti 5 ildə Fransa klubunun şərəfini qoruyacaq.