Valverde qərarını verdi

"Real Madrid"in yarımmüdafiəçisi Federiko Valverde klubdan ayrılmaq niyyətində deyil.

Sportline.az "Diario AS" nəşrinə istinadən xəbər verir ki, uruqvaylı futbolçu klubla yeni müqavilə imzalamaq istəyir.

27 yaşlı futbolçunun "Real"la hazırki sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Valverde 2016-cı ildən "los blankos"da çıxış edir.