Van Bronkhorst Arda Turanı tərifləyib
Türkiyə Super Liqasının 6-cı turunda Beşiktaş Eyüpsporu 2-1 hesabı ilə məğlub edib.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Beşiktaş" klubunun baş məqşçisi Ciovanni Van Bronkhorst matçdan öncə həmkarı Arda Turan haqda danışıb.
O, açıqlamasında " Bu gün də istədiyimiz oyunu oynamağa çalışacağıq. Komandanın fəlsəfəsini bilirik. Arda Turanın taktiki biliklər ilə oynatdığı oyun da ortadadır. Bu gün meydanda baxımlı futbol oynamaq istəyən iki komanda olacaq" deyib.
Van Bronkhorst sözlərinin davamında "Motivasiyamız hər zaman eynidir. Öz azarkeşlərimiz qarşısında atmosfer inanılmaz olur. Bu gün daha bir 3 xal almak imkanımız var" fikirlərini bildirib.
Qeyd edək ki, qələbə sayəsində xallarının sayını 13-ə çatdıran "Beşiktaş" 3-cü pilləyə yüksəlib. "Qalatasaray" 18 xalla birinci, "Fənərbağ"ça 13 xalla ikinci sıradadır. "Beşiktaş" digər rəqiblərindən 1 oyun az keçirib.