Van Bronkhorstdan sərt açıqlama
"Beşitaş"ın sabiq çalışdırıcısı Covanni Van Bronkhort sərt açıqlaması ilə gündəmə gəlib.
Sportline.az "Ntv" kanalına istinadən xəbər verir ki, İstanbul klubundan ayrılan və ölkəsi Niderlandda açıqlama verən Covanni Van Bronkhorst bu fikirləri səsləndirib;
"Start 11-liyi Samet Aybaba və prezident seçirdi. Öz düşüncələrimi əks etdirə bilmirdim. Müəyyən vaxtdan sonra oyunçular mənə hörmət göstərməməyə başladılar və bu vəziyyət qarşısında ayrılmağım öz qərarım idi", - deyə Van Bronkhorst bildirib.
Qeyd edək ki, Covanni Van Bronkhorst dekabr ayının 4-ü istefa verib.