Van de Ven Mançester yolunda

"Tottenhem"in mərkəz müdafiəçisi Miki Van de Ven yayda "Mançester Yunayted"ə keçə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

24 yaşlı stopperin transfer qiyməti 70 milyon avrodur.

Qeyd edək ki, Van de Venin London klubu ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.