Van Deyk üçün illik 20 milyon avro maaş
"Liverpul" kapitanı Vircil Van Deyklə vidalaşmağa hazırlaşır.
Sportline.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, "Əl-Hilal" Van Deyki mövsümün sonunda azad agent kimi transfer etməyi planlaşdırır.
33 yaşlı futbolçu "Liverpul"la yeni müqavilə imzalamaq niyyətində deyil.
Qeyd edək ki, Van Deyk "Əl-Hilal"ın təklifini qəbul etsə, illik 20 milyon avro maaş alacaq.