Van Qalın gedişi rəsmiləşdi
"Mançester Yunayted" baş məşqçisi Lüi van Qalla yollarını ayırıb. SportLine.az xəbər verir ki, 64 yaşlı mütəxəssislə müqaviləni ləğv edən "Qırmızı şeytanlar" hollandiyalı çalışdırıcıya 6.5 milyon avro təzminat ödəyəcəklər.
Van Qalı bu postda, əvvəlcədən məlum olduğu kimi, Joze Mourinyo əvəzləyəcək. Britaniya mətbuatının yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssislə 5 illik müqavilə imzalanacaq. Mourinyo ilinə 15 milyon avro qazanacaq.