VAR sistemində yenilik təklifi

İtaliya Futbol Federasiyası videotəkrar sisteminə (VAR) yenilik gətirmək niyyətindədir.

Sportline.az xəbər verir ki, italilayılar VAR sistemində tərəflərə etiraz haqqının verilməsi üçün FİFA-ya müraciət ediblər. Belə ki, komandalar hakimin VAR-a müraciət etmədiyi epizodlarda etiraz edərək, həmin epizoda baxılmasını tələb edə biləcək.

Federasiya bu yenilik sayəsində etirazların və mübahisələrin azalacağını düşünür. A Seriyası komandalarının bu yeniliyi dəstəklədiyi və federasiyanın sınaqların çempionatda həyata keçirilməsi üçün hazır olduğu bildirilir.