Varton “Çelsi”yə keçə bilər
“Kristal Pelas”ın ingiltərəli yarımmüdafiəçisi Adam Varton yayda “Çelsi”nin klubunun düşərgəsinə qoşula bilər.
Sportline.az xəbər verir ki, “zadəganlar” 21 yaşlı futbolçunu heyətə cəlb etmək istəyir.
Bu haqda “Team Talk” nəşri məlumat yayıb.
Qeyd edək ki, A.Varton cari mövsüm meydana çıxdığı 15 oyunda 1 asistlə yadda qalıb.